Rusiyalı deputatlar, ekspertlər və jurnalistlərin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri davam edir.
Bizim.Media xəbər verir ki, qonaqlar Cümə məscidində erməni barbarlığı ilə tanış olduqdan sonra Şahbulaq qalasını ziyarət ediblər.
Bildirilib ki, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.
Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr yaxınlıqdan axan gur sulu bulağın adı ilə adlandırılıb.
Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.
Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb.
Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra əksər abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar. Lakin buna nail ola bilməyiblər.
Biizm.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 01.05.2021
Rusiyalı qonaqlar Şahbulaq qalasını ziyarət etdilər – FOTOLAR
Hazırda oxunan: Rusiyalı qonaqlar Şahbulaq qalasını ziyarət etdilər – FOTOLAR
Hazırda oxunan: Rusiyalı qonaqlar Şahbulaq qalasını ziyarət etdilər – FOTOLAR
19762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.