MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Hazırda oxunan: MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir. Şəxsi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə bu qərar alınmışdır. Valideynlərin, ictimaiyyətin və media nümayəndələrinin iştirakı məhdudlaşdırılmış və görüşlər qadağan edilmişdir. Vətəndaşlardan bu qərarı anlayışla qarşılamaları və hərbi hissələrlə əlaqə qurmamaları xahiş olunur.

197575

“Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir”.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilmişdir.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin