Şuşalılar bayram namazını doğma yurdda qıldılar. Qurban bayramı münasibətilə işğaldan azad edilmiş Şuşa şəhərində də bayram namazı qılınıb. Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında uzun illərdən sonra ilk dəfə şəhərə yenicə köçürülmüş Şuşa sakinləri də qatılıblar. Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
Qurban bayramı münasibətilə işğaldan azad edilmiş Şuşa şəhərində də bayram namazı qılınıb.
Bizim.Media xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında uzun illərdən sonra ilk dəfə şəhərə yenicə köçürülmüş Şuşa sakinləri də qatılıblar.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il iyunun 16-17-də Azərbaycanda Qurban Bayramı qeyd olunur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.