Bu gün Qurban Bayramıdır

Hazırda oxunan: Bu gün Qurban Bayramıdır

Bu gün bütün müsəlman ölkələrində Qurban Bayramının birinci günüdür. Bayramda adətən qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban əti bərabər hissələrə bölünməklə ehtiyac sahiblərinə paylanır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Dini qurban kəsmə ənənəsi İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.

197497

Bu gün bütün müsəlman ölkələrində Qurban Bayramının birinci günüdür.

Bizim.Media xəbər verir ki, hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Bayramda adətən qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban əti bərabər hissələrə bölünməklə ehtiyac sahiblərinə paylanır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

Dini qurban kəsmə ənənəsi İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim də Allahın əmrini yerinə yetirməyə razı olur. Lakin uca Allah bunu öz elçisinə rəva bilməyib İbrahimə qurbanlıq qoç göndərib. 
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 16-17-si qeyri-iş günüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin