Nuridə Allahyarova: “Namus mövzularına toxunmağı çox sevmirəm” - VİDEO

Hazırda oxunan: Nuridə Allahyarova: “Namus mövzularına toxunmağı çox sevmirəm” - VİDEO

Nuridə Allahyarova: 'Namus mövzularına toxunmağı çox sevmirəm' - VİDEO. TƏBİB-in tabeliyində fəaliyyət göstərən 'Yeni Klinika'nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova, qadın tənqidlərinə dair düşüncələrini izah edir.
197459

“Namus mövzularına toxunmağı çox sevmirəm, bu hər kəsin şəxsisidir, özünə aiddir. Saat 6-dan sonra kiminsə həyatı heç kəsi maraqlandırmamalıdır. Saat 6-ya qədərki fəaliyyət dövründə təqdim elədiyi bütün fəaliyyətində vicdan, əqidə və qaydalara uyğunlaşaraq qadın bariyerləri nəzərə alınmamalıdır”.

Bizim.Media xəbər  verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova podkast verilişlərin birində qonaq olarkən bildirib.

N. Allahyarovanın sözlərinə görə, qadın tənqidləri nəzərə alınmamalıdır:

“Çünki biz qadınıq. Azərbaycan cəmiyyətində də, Şərqdə və bütün dünyada qadın hər hansı bir hərəkət edəndə müəyyən izah verilir. Bizim yerimizə danışılır. Ona görə də onları nəzərə almadan, özümüzün vicdanı ilə Allah və insanlarla aramızda olan ünsiyyətdə, dövlətə münasibətdə, dövlətə xəyanət faktoru olmadan işimizi icra etsək, uğur bizimlə olacaq”.

Daha ətraflı videoda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin