Bu ilin ilk 5 ayında Azərbaycana 1 milyona yaxın turist GƏLİB

Hazırda oxunan: Bu ilin ilk 5 ayında Azərbaycana 1 milyona yaxın turist GƏLİB

Bu ilin ilk 5 ayında Azərbaycana 1 milyona yaxın turist GƏLİB. Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə turizm sektorundakı artımı və inkişafı vurğulayıb.

197444

“Bu ilin ilk 5 ayında ölkəyə 1 milyona yaxın turist gəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə Şahdağ yay turizminin açılışına həsr edilmiş mətbuat konfransı zamanı deyib.

Cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların sayının 965 555 nəfər təşkil etdiyini və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artımın olduğunu deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.

Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin