Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Xəzər dənizində seysmikliyin artması ilə bağlı məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Xəzər dənizinin seysmik aktiv olan bölgələrdən biri olduğunu deyib.
"Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu da ərazinin seysmikliyi ilə bağlıdır.
Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, zəlzələ sahilyanı zonaya yaxın ərazidə baş verərsə və ocağın dərinliyi Yer səthinə yaxın olarsa (12-15 km-ə qədər) zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələrin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 km dərinlikdə yerləşir", deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün Xəzər dənizində 3 zəlzələ qeydə alınıb. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:01 / 01.05.2021
Xəzərdə zəlzələlərin artması ilə bağlı rəsmi AÇIQLAMA
Hazırda oxunan: Xəzərdə zəlzələlərin artması ilə bağlı rəsmi AÇIQLAMA
Hazırda oxunan: Xəzərdə zəlzələlərin artması ilə bağlı rəsmi AÇIQLAMA
19734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.