Gəncədə tələbə 17 il həbs edildi

Hazırda oxunan: Gəncədə tələbə 17 il həbs edildi

197329

Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.

Bildirilib ki, Kamil Cəfərov kafe sahibi olub və hadisə də kafedə baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.

Məhkəmənin hökmü ilə S.Hüseynova 17 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin