“28 May”ın qarşısı BELƏ GÖRÜNƏCƏK – FOTO 

Hazırda oxunan: “28 May”ın qarşısı BELƏ GÖRÜNƏCƏK – FOTO 

Bakı Metropoliteninin 28 May stansiyasının qarşısı dəmir hasara alınıb. Ölkə başçısı İlham Əliyevin tapşırığıyla başlanılan təmir işləri haqqında rəsmi açıqlama.

197278

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından başlayaraq Bakı Metropoliteninin 28 may stansiyasının qarşısı dəmir hasara alınıb. Ərazidə hazırda xeyli sayda işçi qüvvəsi var.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

"28 May" metrosunun qarşısı niyə hasara alınıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 


Qurumdan Bizim.Media-ya bildirilib ki, Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb: 

“Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq”.






Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin