Hansı günlərdə qurban kəsilə bilər? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Hansı günlərdə qurban kəsilə bilər? – İlahiyyatçıdan AÇIQLAMA

Hansı günlərdə qurban kəsilə bilər? İlahiyyatçıdan AÇIQLAMA. Qurban bayramı günü və ondan sonrakı iki gün ərzində müsəlmanlar qurban kəsə bilər. İmkanlarını genişləndirərək qurbanı kəsib savabını artıra bilər və kasıblara paylaya bilərlər. Daha çox sosial münasibətlərinin inkişafı üçün bu günlər nəzərdə tutulur.

197268

İyunun 16-dan başlayaraq bütün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd etməyə başlayacaq. Bayram əsasən 3 gün davam edəcək. Amma bəzi ölkələrdə bayram günləri daha çox davam edir.

Bəs, hansı günlər qurban kəsilə bilər?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Qurban bayramı günü və ondan sonrakı iki gün ərzində müsəlmanlar qurban kəsə bilər:

“Üç gün bayramdır. Hamı, hər kəs bu günlər ərzində qurban ibadətini icra edə bilər. Ancaq daha fəzilətlisi qurbanı bayramın birinci günü kəsməkdir. Bu, müsəlmanlar üçün bir rüxsətdir. Çünki elə insan ola bilər ki, məvacibini Qurban bayramının ikinci yaxud üçüncü günü almış olarlar. Həmçinin səfərdə, xəstəxanada olan insanlar da olar ki, onlar Qurbanın birinci gününə çata bilməzlər. Həmin adamlar qurbanı sonrakı iki gündə də kəsə bilərlər. 

Eyni zamanda, müsəlmanların daha çox sosial münasibətlərinin inkişafı üçün bu günlər nəzərdə tutulur. Üfüq məsələləri var ki, dünyanın bir tərəfində gecə olur, digər yönündə gündüz. Onun da rolu var ki, bayram bir neçə gün olduqda Bayram namazlarını normal vaxtda qılıb, qurbanları tələsmədən kəsirlər”.
Tural İrfan vurğulayıb ki, Qurban bayramının istənilən günündə müsəlmanlar qurban kəsə bilər:

“İmkanlı bir şəxs bu günlərin hər birində davamlı olaraq qurban kəsib savabını artıra bilər, onu kasıblara paylaya bilər. Bir sözlə bu üç gün imkanları, fürsəti məhdudlaşdırmamaq, əksinə genişləndirmək üçündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin