Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 27 uşağa xidmət göstərilib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, uşaqlardan 17-si oğlan, 10-u qızdır.
Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində həmin uşaqların sosial işçi tərəfindən ilkin qiymətləndirilməsi aparılıb.
Nəticəsinə əsasən hər bir uşaqla bağlı fərdi qayğı planı hazırlanaraq bu plan əsasında onlar üçün sosial reabilitasiyası işləri aparılır. Uşaqların bioloji ailələrinə reinteqrasiya olunması, yaxud övladlığa götürülməsi və ya himayədar ailəyə verilməsi sahəsində də tədbirlər görülür.
Şöbədə hazırda 17 uşaq dövlət qayğısı ilə əhatə olunur. Onlardan 11-i oğlan 6-sı qızdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:44 / 14.06.2024
Bu il 27 kimsəsiz uşağa xidmət GÖSTƏRİLİB
Hazırda oxunan: Bu il 27 kimsəsiz uşağa xidmət GÖSTƏRİLİB
Hazırda oxunan: Bu il 27 kimsəsiz uşağa xidmət GÖSTƏRİLİB
197266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.