Nazirlər Kabineti “Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb.
Bizim.Media xəbər veri ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli, yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməli, yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etməli və işlər başa çatdıqdan sonra bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:41 / 14.06.2024
Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa EDİLƏCƏK
Hazırda oxunan: Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa EDİLƏCƏK
Hazırda oxunan: Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa EDİLƏCƏK
Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa EDİLƏCƏK Nazirlər Kabineti "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında" Sərəncam imzalayıb.
197265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.