İyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 14.06.2024
Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata əsasən, Azərbaycanın fərqli bölgələrində hava proqnozu. Bakı və Abşeron yarımadasında yağmursuz keçəcək bir gün gözlənilir, lakin digər rayonlarda bəzi yerlərdə yağış ehtimalı var. Gün içində temperaturun dəyişkən olacağı gözlənilir.
197259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.