İyunun 14-ü saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub.
İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib. İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:06 / 14.06.2024
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb. İyunun 14-ü saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Dən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib. İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.
197237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.