Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tvitter hesabında yazıb.
S.Mehdiyev bildirib ki, 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Bizim.Media
#Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində #gömrükçülər daha bir uğurlu #əməliyyat həyata keçirib. 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən #qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
— Safar Mehdiyev (@SafarMehdiyev_) May 1, 2021