Metronun "28 May" stansiyasının önünə texnika cəlb edilib - FOTO

Hazırda oxunan: Metronun "28 May" stansiyasının önünə texnika cəlb edilib - FOTO

197173

Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, müvafiq işçi qüvvəsi və texnika artıq əraziyə cəlb edilib.

Ərazidə hansı işlərin görüləcəyi ilə bağlı hələ ki hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, bu meydana avtomobillərin girişi qadağan ediləndə orada asfalt örtüyünün xeyli azaldılacağı, yalnız ictimai nəqliyyatının hərəkətinə icazə veriləcəyi, velozolaqlar salınacağı və ağac əkilərək yaşıllaşdırma işlərinin aparılacağı ilə bağlı məlumatlar yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin