Kürdəmirdə bir çox tikilliər var ki, bunların yaşı 150 ilə yaxındır. Bunlardan bəziləri rayonun görünüşünə xüsusi gözəllik bəxş edir, bəziləri isə köhnə, unudulmuş tikili kimi xarakterizə olunur.
Bu tikililərin tarixidən rayonda çox insan xəbərsizdir.
Bizim.Media-nın Aran bürosu olaraq, bu tikililərin hansı məqsədlər üçün inşa edildiyini və istifadə olunduğunu öyrənmək üçün üz tutduq rayonun yaşlı və ziyalı inasanlarının yanına.
Rayon ziyalısı, araşdırmaçı və keçmiş mədəniyyət işçisi Vaqif Alıyev Bizim.Media-nın yerli bürosuna bildirdi ki, adı çəkilən tikililər və qüllələr XIX və XX əsrə aid tikililərdir.
Musahibim bildirdi ki, o vaxtlar Kürdəmirdə dəmir yolu xətti çəkildikdən sonra bu binaların tikilməsinə ehtiyac yaranıb: “Bu tikililərin əsas təyinatı dəmir yolunda qatarların su ilə təmin olunmasına xidmək etmək olub”.
Vaqif Alıiyev deyir ki, 1950-ci illərin sonunda Külüllü-Kürdəmir su xətti çəkilənədək qüllənin su təminatı indiki təhsil şöbəsinin (keçmiş raykom binasının) arxa tərəfində mövcud olmuş, o vaxtlar el arasında “Paççahlıq” (Padşahlıq) dərəsi adlanan dərədən olub.
Adı çəkilən dərəyə su indiki Xırdapay kənd arxından gələn kiçik arx vasitəsilə axıb. Külüllü-Kürdəmir su xətti tikiləndə bu binanın yanında qırmızı kərpicdən daha bir su qülləsi də salınıb.
İndiki dövrümüzdə isə bu qüllələrdən hər hansı bir məqsədlər üçün istifadə olunmur.
Vaqif Alıyev bildirdi ki, qırmızı kərpicdən tikilmiş qüllələrdən biri o vaxtlar Ukraynadan gəlmiş tələbələr və inşaatçılar tərəfindən tikilib. Hətta o inşaatçılardan bəziləri ailə quraraq Kürdəmirdə qalıb yaşayıblar.
Müsahibimiz 1883-cü ildə Kürdəmir dəmir yolunda çəkilmiş bir fotonu da göstərərək bildirdi ki, həmin fotoda hazırda rayonda olan tikililərdən biri əks olunub.
Qeyd edək ki, hazırda bu tikililərin rayonda heç bir fəaliyyəti olmasa da sakinlər tərəfindən qorunub saxlanılır. Qırmızı kərpiclə tikilən qüllə isə rayonda iki yerdə - hazırki dəmir yolu xəttinin kənarında və rayonun H. Əliyev prospektində yerləşir və hər iki tikili qorunub saxlanılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:44 / 13.06.2024
Kürdəmirdə yaşı əsr yarıma yaxın olan TİKİLİLƏRİN AQİBƏTİ - ARAŞDIRMA/FOTO
Hazırda oxunan: Kürdəmirdə yaşı əsr yarıma yaxın olan TİKİLİLƏRİN AQİBƏTİ - ARAŞDIRMA/FOTO
Hazırda oxunan: Kürdəmirdə yaşı əsr yarıma yaxın olan TİKİLİLƏRİN AQİBƏTİ - ARAŞDIRMA/FOTO
197162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.