Azyaşlının qeyri-etik görüntülərini paylaşan ana cəzalandırıldı - Uşaq əlindən ALINDI

Hazırda oxunan: Azyaşlının qeyri-etik görüntülərini paylaşan ana cəzalandırıldı - Uşaq əlindən ALINDI

197142

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin