Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü bayramı maraqlı və rəngli görüntülərlə yadda qalıb.Qardaş Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıcın rəhbərlik etdiyi resepsiona (Kişinyovdakı “Radisson”x9d hotel) bu ölkənin siyasət və iş elitasının, tanınmış ziyalıların təmsilçiləri qatılıb. Facebook sosial şəbəkəsində fəal olan Hulusi Kılıc bayram tədbirindən maraqlı fotolar paylaşıb.
Azərbaycanın yaxın dostu, ölkəmizi çox sevən Hulusi Kılıc bayram tədbirinə üzərində Azərbaycan bayrağı olan ordenlə qatılıb və mərasim boyu onu çıxartmayıb. Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildə təltif etdiyi “Dostluq”x9d ordeni Moldova prezidentinə aqremanını təqdim edərkən də (2016) Hulusi Kılıcın sinəsində olub.
Cümhuriyyət bayramı tədbirinə Moldova prezidenti İqor Dodon da qatılıb. Musavat.com cənab səfirə istinadən xəbər verir ki, Moldova prezidenti tədbirdə çıxış edib. Daha sonra Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü şərəfinə hazırlanan tortu Moldova prezidenti, Qaqauziya Özərk Yeri Başkanı İrina Vlah, Azərbaycanın Moldovadaki səfiri Qüdsi Osmanov və Türkiyənin Moldovadaki ilk səfiri Mümin Alanat səfirlə birlikdə kəsiblər.(Musavat.com)







xa0





























































































