Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər" - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 13.06.2024
Bayram günlərində yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Bayram günlərində yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Bayram günlərində yağış yağacaq, şimşək çaxacaq
Milli Hidrometeorologiya Xidməti bayram günlərində ölkə ərazisində yağış ehtimalının olduğunu və səyahət edənlərin hava proqnozlarını diqqətlə izləmələrini tövsiyə edir.
197127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.