Bu günlərdə paytaxt ərazisində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi reyd zamanı maraqlı hal yaşanıb.
Bizim.Media xəbər verir ki, heyvan kəsim məntəqələrinin birində televiziya əməkdaşlarının iştirakı ilə keçirilən reyddə qəssablardan biri kameraya düşməmək üçün piştaxtanın altında gizlənib.
AQTA nümayəndəsinin onu görməsindən sonra gizləndiyi yerdən çıxmağa vadar olan şəxs qəssab olmadığını deyərək uzaqlaşıb. Həmin məntəqədə standartlara uyğun olmadan kəsim aparılması halı aşkarlanıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media