Yüzlərlə təqaüdçünün kartından pul oğurlayan qadın TUTULDU - VİDEO

Hazırda oxunan: Yüzlərlə təqaüdçünün kartından pul oğurlayan qadın TUTULDU - VİDEO

Yüzlərlə təqaüdçünün kartından pul oğurlayan qadın tutuldu. Müraciətlər nəticəsində saxlanılan şəxs əməliyyatlarını tanışı ilə birgə həyata keçirirdi.
197094

Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib.

Sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.
Qeyd edək ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin