Şimal bölgəsinin ən böyük meyvəçilik rayonu olan Xaçmazda bir neçə gündür, gilas yığımına başlanılıb. Hazırda tezyetişən gilasın yığımı aparılır.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, rayonda 4422 hektar gilas bağı var. Tezyetişən gilas yığımı davam edir. Keçən il 22636 ton gilas yığılıb, məhsuldarlıq isə 96 sentner təşkil edib. Builki məhsuldarlığı söyləmək isə hələ tezdir. Bu, yığımın sonunda məlum olacaq.
Yerli fermerlər bu il havaların qeyri-sabit keçməsi səbəbindən məhsulun az olmasından narahat olsalar da, hazırki satış qiyməti onları qane edir.
Hazırda rayon və paytaxt bazarlarında "Napoleon", "Romanovka" kimi sortların kiloqramı 4-5 manat arasında satılır. Qiymət alıcıları qane etməsə də, fermerlərin ürəyincədir.
Qeyd edək ki, Xaçmazda yerli fermerlər daxili bazarla yanaşı, Rusiya bazarlarına da məhsul aparırlar. Hazırda gilasın satış qiymətinin bahalığı qonşu ölkəyə gilas aparan iş adamları üçün sərfəli deyil. Səbəb isə Moskva bazarlarında qiymətin aşağı olmasıdır. İş adamları bununla belə qiymətlərin yüksələcəyinə ümid edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 13.06.2024
Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO
Hazırda oxunan: Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO
Hazırda oxunan: Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO
Xaçmazda yerli fermerlər gilas yığımına başlayıb. Satış qiymətləri onları qane edir, hazırda kiloqramı 4-5 manat arasında satılır. Məhsulun Azərbaycan və Rusiya bazarlarında satışı aparılmaqdadır.
197074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.