Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb.
Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub.
Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:13 / 13.06.2024
Qubada narkotikin təsiri altında maşın sürən 10 nəfər SAXLANILDI
Hazırda oxunan: Qubada narkotikin təsiri altında maşın sürən 10 nəfər SAXLANILDI
Hazırda oxunan: Qubada narkotikin təsiri altında maşın sürən 10 nəfər SAXLANILDI
197062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.