Rafiq Əliyevin Lütfi Zadədən bəhrələnən, insan beyninin sirləri haqqındakı elmi işi

Hazırda oxunan: Rafiq Əliyevin Lütfi Zadədən bəhrələnən, insan beyninin sirləri haqqındakı elmi işi

196965



Ötən ayxa0 dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.

Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək.xa0

Həmçinin, onun şah əsəri sayılan qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnən alimlər və onların elmi işlərinə də diqqət edəcəyik. Çünki əsl alim kimi Lütfi Zadə məhz həmin elmi əsərlərdədir.
Bu silsilədən bir neçə yazını təqdim etmişik. Orada haqlı olaraq, Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevin elmi işlərinə daha çox toxunmuşuq. Bu dəfə də həmin ardıcıllığı pozmamaq qərarına gəldik. Çünki dünyada qeyri-səli məntiq nəzəriyyəsi üzrə ən güclü mütəxəssislərdən olan Rafiq Əliyevin bu istiqamətdə gördüyü işlər daha çox və daha mükəmməldir.xa0
Onlardan biri də insan beyninin sirlərini öyrənməyə xidmət edən bir elmi işdir.


Qeyri səlis məntiq nəzəriyyəsinin tək-tük mütəxəssislərindən olan Rafiq Əliyevinin bir neçə il bundan əvvəl ABŞ-da yeni kitabı çapdan çıxdı. Amerikada ingilis dilində çap olunan kitab insan beyninin qeyri səlisxa0 neyron şəbəkələri haqqında yeni arqumentləri özündə əks etdirir.xa0 “İkinci tip qeyri-səlis neyron sistemləri”x9d adlana kitabın gələcəkdə dünya elmində əsl əks-səda doğuracağı bildirilir.

Rafiq Əliyev o zaman bu sətirlərin müəllifinə həmin kitab (əslində, o kitabda irəli sürdüyü yeni elmi nəzəriyyə) barəsində bunları demişdi:

“İnsanxa0 beynindəxa0 xa010 üstü 14-əxa0 qədər neyron var. Bu da təbii ki,xa0 trilyonlardan da yuxarı bir rəqəmdir. Amma çox təəssüf,xa0 ən ağıllı adamlar bu neyronların yalnızxa0 10-12xa0 faizindən istifadə edə bilir. Bəs bu neyronlar necə birləşir?

Məsələn,xa0 fikir vermisizsə adam nəyisə cavablandırmaq istəyəndə barmağını gicgahına aparır. Sanki beynində nəyi isə tərpədir. O əslində neyronların əlaqələrini təzə neyronlara qoşur və bu rabitəni gücləndirir. Axırda da “tapdım, tapdım”x9d deyir. Biz də burada trilyon rəqəminixa0 müxtəlif rəqəm və işarələrlə əvəz edirik. Neyron sistemləri ilə bu cür işlədirik. Yəni,xa0 bir növ insan beyninin süni formasını yaradırıq. Ona görə də ona barmağın zehinə qoyulmasını,xa0 yəni şəbəkələr arasında əlaqəni necə inkişaf elətdirməyininxa0 kompüter variantını yazmışıq. Siz mənə sual verirsiniz ki bu kitab nədən bəhsxa0 xa0edir? Bu zaman mənə siqnal ötürürsüz. Sizin hərxa0 sözünüzxa0 bir rəqəmə çevrilir.
Məsələn,xa0 5, 8, 10 amma bu kitabda mən sözlərin öz üzərində əməllər aparıram. Buna da ikinci tip qeyri səlis hesablamaları deyilir. Kitabda da onun nəzəriyyəsi gedir. Burada əsas məsələ odur ki,xa0 bundan sonraxa0 yüz kitab min kitab yazılsa da əsil insan beynini heç nə əvəz edə bilməz.xa0 Bu kitab yalnız o yolda bir addım idi”x9d.

Mərhum Lütfi Zadə də zamanında bu işlərə biganə qalmamışdı. O,xa0 xa0həm bu, həm də başqa elmi uğurlarına görə ən birinci və ən yaxın tələbəsi olan Rafiq Əliyevə aşağıdakı məktubu göndərmişdi:
Məktubda Rafiq Əliyevin son bir ildə gördüyü geniş elmi işlər barəsində söhbət açılıb:
“Sənin son zamanlar çap etdirdiyin kitabları aldım. Ürəkdən təbrik edirəm. Bu elmi işlərin qərar qəbuletmə nəzəriyyəsi və başqa əlaqəli sahələrdə yeni və fundamental vacib olan istiqamət açır. Sən elədiklərini heç kim edə bilməzdi. Sənin bu katablardakı elmi nəticələrin müfəssəl olmayan (imperfekt) informasiya ilə işləmək sahəsində bizim imkanlarımızın genişləndirilməsinə böyük töhfədir”x9d.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin