Göyçayda sakinlər həyəcanlı anlar yaşadı: Külək ağacları aşırdı... - FOTO

Hazırda oxunan: Göyçayda sakinlər həyəcanlı anlar yaşadı: Külək ağacları aşırdı... - FOTO

196951

Göyçayda ötən gün yağan güclü leysan yağışlarının və küləyin yaratdığı fəsadlar aradan qaldırlır. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, gecə saatlarında başlayan güclü yağış və külək rayon ərazisində yol kənarındakı iri gövdəli ağacları aşıraraq yollarda hərəkət iştirakçıları üçün çətin anlar yaşadıb.

Yağışın və küləyin yaratdığı fəsadlar aradan qaldırılması üçün aidiyyatı qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Hazırda kəndlərdə və şəhər ərazisində fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən zəruri işlər həyata keçirilir.

Belə ki, "Azərişıq" ASC-nin əməkdaşları rayon ərazisində güclü külək nəticəsində aşmış işıq dirəklərinin və qırılmış elektrik naqillərinin bərpası işlərini həyata keçirirlər.

Bundan başqa rayonun Cəyirli kəndində güclü külək kənd sakininə məxsus həyətinin hasarını uçurub dağıdıb, eləcə də rayonun Yalman kəndi ərazisində magistral yolun kənarında yerləşən kənd sakininə məxsus taxıl və ot bağlamasının saxlanması üçün nəzərdə tutulan anbar tamamilə dağılıb və uzunluğu 20 metrə yaxın olan hasarı və ust örtüyü güclü küləyin təsirindən tamamilə dağılıb.

Bəzi kəndlərdə yol kənarı həyətlərdə iri gövdəli ağaclar kökündən qoparaq aşıb.

Hal-hazırda həmin ərazilərdə aidiyyatı qurumların əməkdaşları təmizlənmə və bərpa işləri aparılır.

"Azərişıq" ASC-nin Göyçay rayon elektrik şəbəkəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, günün sonuna qədər rayonda elektrik təsərrüfatında yaranan çətinlik tamamilə başa çatdırılacaq.

Hazırda aidiyyatı qurumların əməkdaşları yaranmış fəsadların  aradan qaldırılması istiqamətində şəhər və kəndlərdə paralel olaraq zəruri işləri həyata keçirirlər.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin