Neftçalada 17 yaşlı qıza toy edilməsinin QARŞISI alındı – DİN 

Hazırda oxunan: Neftçalada 17 yaşlı qıza toy edilməsinin QARŞISI alındı – DİN 

196941

Xəbər verdiyimiz kimi Neftçala rayonunda 17 yaşlı qız erkən nikaha cəlb edilib. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Neftçalada 17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR


Onun sözlərinə görə rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Cütlüyün toy tarixi isə iyun ayının 22-nə təyin olunmuşdu.

Qeyd edək ki, məsələ DİN tərəfindən nəzarətə götürülmüşdü. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun əməkdaşı Nizam Həmidov Bizim.Media-ya bildirilib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. 

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin