Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıb.
Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:
“Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm”- deyə o, vurğulayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 12.06.2024
Neftçalada 17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR
Hazırda oxunan: Neftçalada 17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR
Hazırda oxunan: Neftçalada 17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR
Neftçala rayonunda, 17 yaşlı bir qızın zorla ərə verilmesiyle ilgili gündemde olan hadise hakkında Azərbaycan Uşaqlar Birliyi rəhbərinin açıklamaları.
196880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.