Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.
Kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi
Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bizim.Media