Gün ərzində Şəkidə 25-28 dərəcə isti qeydə alındığı halda, axşam saatlarında Şəki şəhəri daxil Kiş, Oxud, Qoxmuq kəndlərinə güclü leysan yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, günorta saatlarından etibarən havanın temperaturu 25 dərəcədən 28 dərəcəyə kimi yüksəlib.
Axşam saatlarında isə bölgədə müəyyən fasilə ilə leysan yağışları yağıb.
İlkin məlumatlara əsasən leysanla bağlı hər hansı fəsad qeydə alınmayıb.
Hazırda rayonda sabit hava şəraiti hökm sürür.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu