Azərbaycanda qeysəriyyə, yoxsa təbii doğuşa ÜSTÜNLÜK verilir? - Rəsmi STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda qeysəriyyə, yoxsa təbii doğuşa ÜSTÜNLÜK verilir? - Rəsmi STATİSTİKA 

Azərbaycanda qeysəriyyə və tibbi müayinələr ilə bağlı rəsmi statistikaya əsasən normal doğuşların üstünlüyü qeydə alınıb. Məqalədə, qeysəriyyə əməliyyatları və hamiləliklə bağlı məsələlər müzakirə olunur.

196758

Qeysəriyyə əməliyyatı dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir. Həkim-ginekoloqların sözlərinə görə, son illər Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta tibbi müayinə və analizlərindən yüksək nəticə ilə çıxan, ciddi problemi olmayan qadınlarımız belə, əməliyyata üz tuturlar. 

Çox vaxt isə hamilələrlə aparılan söhbət zamanı ortaya çıxır ki, həkimlər özləri qeysəriyyəni uyğun görürlər. Çünki qeysəriyyə əməliyyatı zamanı gün və saat həkim tərəfindən müəyyənləşdirilir, bu isə onların işini asanlaşdırır. 
 

MÖVZU İLƏ BAĞLI:

Səbəbsiz qeysəriyyə əməliyyatları – Bu üsulla ana olanların sayı niyə ARTIR? 


Doğuşun növü ilə bağlı təzadlı fikirlər çoxdur. Bəs statistik rəqəmlər bu fikirləri təsdiqləyirmi?

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna verilən cavaba görə, Azərbaycanda normal doğuşla uşaq dünyaya gətirənlər daha çoxdur:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə ölkə üzrə 111,8 min doğuş qeydə alınıb. Onlardan 76,7 mini normal doğuşlardır”.

Bu məlumata əsasən deyə bilərik ki, ötən il Azərbaycanda 35,1 min qadın qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin