ADU-da “Dilçiliyə giriş”x9d kitabının təqdimatı oldu - FOTOLAR

Hazırda oxunan: ADU-da “Dilçiliyə giriş”x9d kitabının təqdimatı oldu - FOTOLAR

196685
Oktyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş”x9d kitabının təqdimat mərasimi keçirilib.
xa0
Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O,həmin fənninəhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.
xa0
Kitabın müəllifi F.Veysəlli iştirakçıları salamlayıb və onlara tədbirə qatıldıqları üçün təşəkkür edib. Daha sonra “Dilçiliyə giriş”x9d kitabı haqqında məlumat verən professor müəllifi olduğu dərs vəsaitinin xüsusiyyətləri, müraciət etdiyi mövzulardan söz açıb. O, qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsinin Azərbaycana gətirilməsi, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamandaxa0 nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, 20 fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.
xa0
Digər çıxışçılar “Dilçiliyə giriş”x9d kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi qiymətləndiriblər. Onlar müəllifə yaradıcılığında uğurlar arzulayıblar.
xa0
Tədbirin sonunda Auditoriya+ şöbəsinin müdiri Bədirə Kərimova F.Veysəlliyə uğurlarının davamlı olmasını arzulayıb və ona hədiyyə təqdim edib.
xa0
Qeyd edək ki, “Dilçiliyə giriş”x9d kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini,xa0 onun tədqiqat metodlarınıişıqlandırır, dilin daxili strukturunu açıb göstərir,söz və cümləxa0 semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin