Qərbi Azərbaycan İcmasının Gorus rayon Ağsaqqallar Şurası yenidən TOPLANDI – FOTO 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının Gorus rayon Ağsaqqallar Şurası yenidən TOPLANDI – FOTO 

Gorus rayon Ağsaqqallar Şurasının toplantısında Qərbi Azərbaycan İcmasının yaradılma tarixi, məqsəd və fəaliyyət prinsipləri, gəncələrə örnək olma, ictimai işlərdə iştirak və Qərbi Azərbaycan mədəni dəyərlərinin təbliği barədə məlumat verilib. Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib, sədrlik həvalə edilib.
196602

İyunun 9-da Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin ofisində Gorus rayon Ağsaqqallar Şurasının  toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, toplantıda Gorus rayonunun Şurnuxu, Ağbulaq, Qurdqalaq, Şahverdilər və Şamsız kəndlərinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Gorus rayon icma sədri Əzəmət Rüstəmov və Gorus rayon Gənclər Şurasının sədri Etibar Həsənov iştirakçıların nəzərinə Qərbi Azərbaycan İcmasının yaradılma tarixi, məqsəd və fəaliyyət prinsipləri, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olunması, eləcə də bu təşkilatlanmanın əsas məqsədinin Qərbi Azərbaycan kökənli əhalinin öz doğma ata-baba yurdlarına beynəlxalq hüququn imkanları daxilində qayıtmasının və təhlükəsiz birgə yaşayış qaydalarının təmin edilməsindən ibarət olduğunu çatdırıblar. 

Tədbirdə çıxış edən Gorus rayon Ağsaqqallar Şurasının rəhbəri Şakir Həsənov fəaliyyət istiqamətlərinə də toxunub.

O, bildirib  ki, Şuranın yaradılmasında məqsəd ağsaqqalların gənclərə həmişə örnək olmaları ilə yanaşı, ictimai işlərdə də fəal iştirak etmələridir. Eyni zamanda tarixən mövcud olan Qərbi Azərbaycan adət-ənənələrinin, folklorunun və mədəni dəyərlərinin təbliği istiqamətində gəncləri maarifləndirmək, onların rolunu artırmaq və gənc nəslə aşılamaqdır.
Bununla yanaşı Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qərbi Azərbaycanın icmasının fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.

Qeyd edilib ki, Azərbaycan xalqı Qarabağ uğrunda 30 ildən artıq bir müddətdə və ikinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində necə birləşmişdisə, Qərbi Azərbaycana qayıdış prosesində də eyni iradə eyni qətiyyət sərgilənməlidir.

Tədbirdə Gorus rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə üzvülər seçilib. 

Gorus rayon Ağsaqqallar Şurasının sədrliyi isə yenidən Şakir Həsənova həvalə edilib. Daha sonra Gorus rayon icma üzvlərindən bir qisminə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib. 

Məlumat üçün bildirək ki, Qərbi Azərbaycanın 21 rayonu üzrə icma və hazırda ölkəmizin 40-dan çox şəhər və rayonlarında İcmanın nümayəndəliyi fəaliyyət göstərir. 
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin