DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.
Mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.
Sərnişinlərə isə isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:31 / 10.06.2024
DYP-dən isti hava ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: DYP-dən isti hava ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: DYP-dən isti hava ilə bağlı MÜRACİƏT
DYP, isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edərək texniki vəziyyətə diqqət yetirməyə, yorğun halda sürət etməməyə, fasilələr verməyə və isti hava şəraiti altında sərnişinlərin də davranışlarında diqqətli olmalarını tövsiyə edir.
196597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.