Şifrəsiz "wi-fi"lara qoşulanlara XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Şifrəsiz "wi-fi"lara qoşulanlara XƏBƏRDARLIQ - VİDEO

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ - VİDEO "Xəzər Xəbər"də IKT mütəxəssisi ilə aparılan müsahibədə "Wi-Fi" şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatının təhlükəli olduğu və bu halda hakerlərin şəxsi məlumatları əldə edə biləcəyini və bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı, həm də telefon zəngləri də dinlənilə biləcəyini vurğulayan mütəxəssisın fikirləri və məsləhətləri ilə bağlı videomuz.
196492

"Şifrəsiz "Wi-Fi"lara qoşulan zaman həm bank kartınızın məlumatları oğurlana, həm də telefon zəngləriniz dinlənilə bilər".

Bizim.Media xəbər verir ki, bunu  "Xəzər Xəbər"ə müsahibəsində IKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, ictimai "Wi-Fi" şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edirlər.

Ekspert bu kimi hallarla rastlaşmamaq üçün şifrəsiz girişi mümkün olan "Wi-Fi"lara qoşulmamağı məsləhət görür.

Çünki bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı, həm də telefon zəngləri də dinlənilə bilər.

Ekspertlər hesab edirlər ki, kiberhücumdan qorunmaq üçün proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır.

Ətraflı videoda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin