Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb

Hazırda oxunan: Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb

196450

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün olmayıb.

Xatırladaq ki, Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında və yaxın küçələrdə elektrik enerjisi kəsilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin