Xəbər verdiyimiz kimi, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, hadisə xidmət vaxtı gecə saatlarında baş verib.
MÖVZU İLƏ BAĞLI:
DSX-nin 2 hərbi qulluqçusunu ildırım vurdu
Mayor Baxış Baxışlı Tərtər rayonundan idi. Mərhum nişanlı olub.
Allah rəhmət eləsin.
Aytəkin Alxaslı, Bizim.Media