Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gündəlik xronikasında bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.
Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
“Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – xilasedicilər diqqətə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:22 / 09.06.2024
Qaradağda minik avtomobili maneəyə çırpıldı - 1 ölü var
Hazırda oxunan: Qaradağda minik avtomobili maneəyə çırpıldı - 1 ölü var
Hazırda oxunan: Qaradağda minik avtomobili maneəyə çırpıldı - 1 ölü var
Qaradağda minik avtomobili maneəyə çırpıldı - 1 ölü var. Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.
196421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.