Oktyabrın 24-də, səhər saat 9-da Azərbaycanda 22 illik fasiləsiz həbsdən sonra 45 yaşlı “qanuni oğru”x9d, kriminal dünyasının yeni “birinci adamı”x9d adlandırılan Nadir Səlifov azadlığa çıxdı.
Bu barədə “Praym Kraym”x9d informasiya agentliyi yazıb.
Agentlik qeyd edir ki, “Lotu Quli”x9dnin tezliklə azad olunacağı ilə bağlı aramsız dedi-qodular bu ilin avqustundan yayılıb. Oktyabrın başlanğıcından etibarən isə bu an hər gün gözlənilirdi.
Müşayiətçilər nəzərə alınmazsa, N. Səlifovu anası, həyat yoldaşı və iki uşağı qarşılayıb.xa0
Kriminal avtoritet azadlığa çıxandan sonra ilk olaraq atasının və ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet, ən yaxın şəriki Elşən Məmmədovun qəbirinə baş çəkib.
Gürcüstan vətəndaşı olan avtoritet Azərbaycanı tərk edib. O, gələcəkdə oğruların mərkəzi ola biləcək İstanbula köçməyi planlaşdırır.
“Lotu Quli”x9dnin azadlığa çıxması ilə oğru dünyasında müxtəlif səbəblərdən həyata keçirilməyən dəyişikliklər gözlənilir. O, həbsxanada olmağına baxmayaraq, paradoksal olaraq kriminal aləmdə gedən proseslərə İspaniyada həbsdə olan “Şakro”x9ddan (Kalaşov Zaxariy Knyazeviç) fərqli olaraq daha çox nəzarət edib. Bundan əlavə, “Quli”x9d də “Şakro”x9d kimi “oğru klanlarının münaqişəsi”x9d kimi tanınan Oniani ilə Usoyanın davalarına müdaxilə etmədi, bitərəf qaldı.
Hər necə olsa da, bu gün “bütün ailələrin başçıları”x9d “Lotu Quli”x9d ilə dostluğa çalışırlar, onunla düşmənçilik etməkdən qaçırlar. O, oğru dünyası tarixində ən zəngin fiqurlar olan “Ded Xasan”x9d (Aslan Usoyan) və Rövşən Lənkəranski ilə mübarizə aparıb və həbsdə olsa da, onlardan bir pillə yuxarıda olub.xa0
“Lotu Quli”x9d ilə “partizan müharibəsi”x9d vəziyyətində olan yeganə şəxs “Masallinski”x9ddir (Rafiq Zeynalov). Ancaq bu qarşıdurmanın oğru dünyası ilə heç bir əlaqəsi yoxdur.(Qafqazinfo)

































































































