Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradıldı

Hazırda oxunan: Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradıldı

196311
Qərbi Kaspi Universitetində (Qərb Universiteti) Tətbiqi Politologiya Mərkəzi yaradılıb. Mərkəzə rəhbərlik isə tanınmış politoloq, “Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna həvalə edilib.

Mərkəz beynəlxalq aləmdə və bölgədə baş verən hadisələri tələbələrin iştirakı ilə tədqiq edəcək, müzakirəyə çıxaracaq, analizlər apararaq hesabatlar hazırlayacaq.

Mərkəzdə mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin, politoloqların, eyni zamanda diplomatların iştirakı ilə diskussiyalar, dəyirmi masalar və görüşlər təşkil ediləcək.

Tətbiqi Politologiya Mərkəzi politologiya sahəsi üzrə təhsil alan tələbələrin dünyada və bölgədə baş verən hazırkı siyasi proseslərlə daha yaxından tanış olması, təhlillər aparması, beləliklə də həm onların analitik qabiliyyətinin inkişaf etdirilməsi, həm də daimi olaraq ən son proseslər barədə məlumatlı olmasına kömək edəcək.

Mərkəzin nəzdində iki laboratoriya - “Qarabağ”x9d və “Multikulturalizm”x9d laboratoriyaları formalaşdırılıb. Bu laboratoriyalar müvafiq istiqamətlər üzrə tədqiqat və təhlil işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, “Multikulturalizm”x9d laboratoriyasına rəhbərliyi isə beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Qərb Universitetinin 1997-ci il məzunu Arye Qut həyata keçirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin