Şabrandakı dəhşətli qəzada həyatını itirən məktəblinin FOTOSU 

Hazırda oxunan: Şabrandakı dəhşətli qəzada həyatını itirən məktəblinin FOTOSU 

196191

Ötən gün Şabran rayonu ərazisində qeydə alınan yol qəzasında həyatını itirən Leyla Osmanova Şabran şəhərindəki Roman Yusifof adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdi olub.

Bu barədə məktəb rəhbərliyindən Bizim.Media-nın yerli bürosuna məlumat verilib.

Qeyd olunub ki, mərhum anası Nərmin Xubyarova sözügedən məktəbdə tarix müəllimi işləyib. Qəzada həyatını itirən 16 yaşlı şagird artıq torpağa tapşırılıb. 

Qeyd edək ki, ötən gün şimal bölgəsi rayonlarında baş verən yol-nəqliyyat hadisələri zamanı 3 piyada ölümü qeydə alınıb. Xızıda 41, Şabranda 16, Qusarda 7 yaşlı piyadalar yol qəzalarında həyatlarını itiriblər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin