Rəsmi nikah tələb etmədən dini kəbin kəsən imamlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Hazırda oxunan: Rəsmi nikah tələb etmədən dini kəbin kəsən imamlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Son illərdə nikah yaşına çatmayan qızlar gizli şəkildə dini kəbinlə evləndirilirlər. Dini kəbin kəsən axund və molla sayəsində rəsmi nikah tələb etmədən münasibət quranlar artmaqdadır. Dövlət Komitəsi nəzarəti sərtləşdirmək məqsədi ilə bu məsələ ilə əlaqədar fəaliyyət göstərməkdədir.

196167

Son illərdə nikah yaşına çatmayan qızlar gizli şəkildə dini kəbinlə evləndirilirlər. Çox vaxt da dini kəbini rəsmi nikahı olan kişilər başqa qızlarla münasibət qura bilmək üçün kəsdirirlər. Yəni ölkədə rəsmi nikah kitabçasını tələb etmədən dini kəbin kəsən xeyli sayda molla və imamlar var.

Onlara nəzarət niyə sərtləşdirilmir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Bizim.Media-ya bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası 2002-ci ildə dini kəbin kəsmə ilə bağlı fətva verib və din xadimlərinə nikah şəhadətnaməsi olmadan dini kəbin kəsməyi qadağan edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Dini kəbin qadının haqqının tapdalanmasına xidmət edir” – Elşad Miri 


“Öz növbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar tərəfindən bu məsələ ilə bağlı tədbirlər həyata keçirilib, erkən nikah və onun mənfi nəticələri barədə maarifləndirmə işi aparılıb. Məsələyə dini mahiyyət vermək cəhdlərinin qarşısının alınması məqsədilə bu istiqamətdəki maarifləndirmə işlərinə ilahiyyatçı mütəxəssislər və din xadimləri də cəlb olunub. Hər il dini icmalar və din xadimləri ilə birgə onlarla belə tədbir keçirilir”.

Cahandar Əlifzadə bununla yanaşı bəzən dini kəbin kəsmə ilə bağlı neqativ halların müşahidə olunduğunu da bildirib:

“Əksər hallarda belə kəbin kəsmələrin qurbanı azyaşlı, yetkin yaşına çatmayan qızlar olur. Bildiririk ki, hazırda din xadimlərinin fəaliyyəti  “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə tənzimlənir. Qaydaya əsasən fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadiminin fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə din xadimi vəzifəsindən azad edilir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin