Səhər saatlarından Bakını qatı toz dumanı ağuşuna olub. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.
Bəs havadakı bu duman nədir?
MÖVZU İLƏ BAĞLI:
Bakını ağuşuna alan TOZ-DUMANI nədən qaynaqlanır? – VİDEO
Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Bizim.Media-ya açıqlama verib.
O bildirib ki, Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir:
G.Abbasova qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır:
“Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub”.
Məhərrəm Əliyev, Bizim.Media