Bakını ağuşuna alan TOZ DUMANI nədən qaynaqlanır? – VİDEO 

Hazırda oxunan: Bakını ağuşuna alan TOZ DUMANI nədən qaynaqlanır? – VİDEO 

TOZ-DUMANI nədən qaynaqlanır? – VİDEO: Bakını ağuşuna alan toz-dumanın səbəbləri nədir və bu hava kütləsi haradan gəlir? Ekoloq Ənvər Əliyev toz-dumanın nə olduğu ilə bağlı məlumat verir.

196144

Səhər saatlarından Bakını qatı toz dumanı ağuşuna olub. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.

Bəs havadakı bu duman nədir?

Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, Azərbaycan ərazisinə müxtəlif istiqamətlərdən 8 növ hava kütləsi daxil olur:

“Bu hava kütlələrinin hamısı bir istiqamətdən gəlmir. Əsasən, cənubdan və cənub-şərqdən (Türkmənistan, Orta Asiya) gələn hava kütlələrində yay aylarında belə toz müşahidə edilir. Məsələn, Afrikanın şimalında, yaxud Ərəbistan yarımadasında baş vermiş külək fırtınalarında təkcə iri qum dənələri yox, həm də tozlar havaya qalxır. 

Toz dənələri çox kiçikdirlər və havada asılı qala bilirlər. Bu toz dənələri havada asılı qaldığına görə hava axınları ilə cənubdan, cənub-şərqdən ölkəmizə gələ bilirlər. Sözügedən istiqamətlərdən gələn asılqan maddələr var. Həmin maddələr qum hissəciklərini, tozu qarışıq formada yayırlar. İstiqaməti isə külək verir”. 

Ekoloq qeyd edib ki, Azərbaycan ərazisində bu cür tozlar çox olur:

“Orta əsr tarixçiləri belə qeyd edirlər ki, Bakıda çox ciddi toz- dumanı olur. Bir neçə gün və ya bir günə çəkilə bilər. Hazırda hava durğundur. Şimaldan gələn hava axınları cənuba doğru apara bilər”. 

Araşdırmalara görə, çirkli hava şəraiti dünyada hər il 5.5 milyon insanın ölümünə səbəb olur. Çirkli havaya malik olan ölkələrin siyahısına Hindistan və Çin liderlik edir. Hava çirklənməsinin qurbanlarının da yarısı məhz bu ölkələrdə yaşayanlardır.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sorğu göndərilib. 
 


Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin