Türkiyənin Antalyada şəhərində kondisioner isti hava səbəbindən alovlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin ən isti yeri hesab olunan Kaş rayonunda baş verib. Sözügedən ərazi 46,2 dərəcə ilə Türkiyənin ən isti yeri olub.
Belə ki, Antalya Peşə Texniki və Anadolu Liseyində isti hava səbəbindən sinif otağında kondisioner yanıb. Yanğın səbəbiylə sinifdə olan tələbələr çaxnaşma yaşayıb.
Bizim.Media