2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, paytaxtda 42 070 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir.
2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/06/07/1717743098_5.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 07.06.2024
Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI
Hazırda oxunan: Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI
Hazırda oxunan: Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI
Bakı şəhərinin məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlandı. BƏTİ-da 2023-2024-cü tədris ilində IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. İdarədən Bizim.Media-ya verilən xəbərə görə, paytaxtda 42 070 nəfər I sinfi başa vurur.
196131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.