Azərbaycanda bu rəng maşınları alan yoxdur – Siyahı

Hazırda oxunan: Azərbaycanda bu rəng maşınları alan yoxdur – Siyahı

Azərbaycanda bu rəng maşınları alan yoxdur – Siyahı Avtomobil almaq əksəriyyətin arzusudur. Xüsusən də, onun istədiyin rəngdə olması. Rəng məsələsi alıcıların diqqət yetirdiyi əsas nüanslardan biridir. Bazarda hətta bəzi rənglərə yaxın duran da olmur. Azərbaycanda hansı avtomobil rənglərinin daha çox tələbatlı olması, rəngin qiymətə təsiri və s. maraqlı məlumatları təqdim edirik.
196102

Avtomobil almaq əksəriyyətin arzusudur. Xüsusən də, onun istədiyin rəngdə olması.

Rəng məsələsi alıcıların diqqət yetirdiyi əsas nüanslardan biridir. Bazarda hətta bəzi rənglərə yaxın duran da olmur. Azərbaycanda hansı avtomobil rənglərinin daha çox tələbatlı olması, rəngin qiymətə təsiri və s. maraqlı məlumatları təqdim edirik.

Bizim.Media xəbər verir ki, avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov lent.az-a açıqlamasında sürücülərin sevimli rənglərini sadalayıb. O həmçinin rənglərin qiymətə də təsir etdiyini dilə gətirib:

“Hündür maşınlarda, məsələn “Kia Sorento”, “Hyundai Santa Fe” kimi modellərdə alıcılar daha çox ağ və qara üstünlük verirlər. Ciplərdə satışı ən zəif, ağır gedən rəng gümüşüdür. “Hyundai”, “Kia” və s. Koreya istehsalı olan maşınlarda da ən çox tələb olunan və satılan rənglər, ağ, qara, eləcə də göydür. Bunlar arasında isə satılmayan tünd albalı və qırmızı rənglərdir. Onlar çox çətin satılır. Deyirdilər bu rəngləri qadınlar çox sevir, amma heç qadınlar da onları bəyənmir. Səbəbi də budur ki, gələcəkdə həmin rəng maşınları sata bilməyəcəklər.

Rənglər qiymətə də əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, 2014-cü il “Hyundai Elantra”nın 19 min manata qırmızısıdır, 2000-2500 manat yuxarı qiymətə isə başqa rənglərdir.

Sovet maşınlarında isə əksinədir. Rahat və baha satılan rəng qırmızıdır. Alman maşınlarında da ağ və ən əsas gümüşü rəng rahat satılır. Alıcılar “Mercedes”lərdə ən çox gümüşü rəngə üstünlük verirlər. Ağ rəng də bahadır. Digərlərindən 1000-1500 manat fərq edir. Bir sözlə rəng tələbatda, satışda və qiymətdə öz sözünü deyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin