Yevlaxda 5 yaşlı uşağı döyən şəxsin kimliyi araşdırlır.
Bizim.Media xezerxeber.az-a istinadən bildirir ki, 5 yaşlı uşağın bədəninin müxtəlif hissələrində çoxsaylı xəsarət izləri var.
Başı, kürəyi, əli və digər nahiyələrində olan ləkələr azyaşlının döyüldüyünə işarədir.
5 yaşlı Tunar Quluzadə anası ilə birgə Yevlax şəhərinin Cəfər Cabbarlı küçəsində kirayədə yaşayır. Bədənindəki xəsarətlər isə o, küçədə oynayarkən qonşular tərəfindən aşkarlanıb.
Azyaşlını kimin bu hala saldığı dəqiq bilinməsə də, döyülmə faktında uşağın atalığının adı da hallandırılır.
Azyaşlının zorakılığa məruz qalması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlax Şəhər İcra Hakimiyyətinə məlumat verib.
Dərhal icra hakimiyyəti və rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gedərək məsələni yerində araşdırıblar. İcra başçısının müavini Elnarə Əzizova bidirib ki, uşağın zorakılığa məruz qalması öz təsdiqini tapıb.
Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Azyaşlını bu hala salan şəxsin kimliyi də məhz bu araşdırmalardan sonra məlum olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 30.04.2021
Yevlaxda amansızcasına döyülən 5 yaşlı oğlandan XƏBƏR VAR - VİDEO
Hazırda oxunan: Yevlaxda amansızcasına döyülən 5 yaşlı oğlandan XƏBƏR VAR - VİDEO
Hazırda oxunan: Yevlaxda amansızcasına döyülən 5 yaşlı oğlandan XƏBƏR VAR - VİDEO
19609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.