Qəbələdə inzibati xətalara yol verən şəxslər məsuliyyətə cəlb olunublar - FOTO

Hazırda oxunan: Qəbələdə inzibati xətalara yol verən şəxslər məsuliyyətə cəlb olunublar - FOTO

196087

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 52, qanunsuz küçə ticarəti ilə məşğul olan 43, məişət tullantılarını urnalardan kənara atan 41 və yetkinlik yaşına çatmayanlara alkoqollu içki, eləcə də tütün məmulatları satan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Tədbirlər çərçivəsində vətəndaşlardan 2-si könüllü, 3-ü isə əməliyyat yolu ilə olmaqla ümumilikdə 5 ov tüfəngi götürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin