Binəqədi sakinlərini ayağa qaldıran problem - Hamısı çıxarılaraq aparılıb - VİDEO

Hazırda oxunan: Binəqədi sakinlərini ayağa qaldıran problem - Hamısı çıxarılaraq aparılıb - VİDEO

19605

Bakı şəhər, Binəqədi rayonu, Mircəlal küçəsində ödəmə apartlarının yoxluğu  sakinlərin başlıca probleminə çevrilib.  

Bizim.Media xəbər verir ki, məsələyə “Xəzər” Tv aydınlıq gətiməyə çalışıb.

Məlum olub ki, sərnişinlər avtobusa minmək üçün ''bakıkart''larına pul yükləyə bilmirlər. Buna səbəb dayanacaqlarda ya ümumiyyətlə aparatların olmaması, ya həmin aparatların sonradan çıxarılıb aparılmasıdır. Sözügedən küçədən bir neçə marşurut xətti keçir.

Həmin avtobusların hamısında da ödənişlər nağdsız formada həyata keçirilir. Sərnişinlər deyirlər ki, küçədəki dayanacaqların cəmi ikisində aparat var. Digər dayanacaqlarda isə çıxarılıb, aparılıb.

Sərnişinlərlə yanaşı sürücülər də bu problemdən əziyyət çəkdiklərini bildirirlər. Məlum oldu ki, bu küçədəki dayanacaqlardan yığışdırılan aparatlar ''Milli Ön''ə məxsus olub.

Həmin şirkətdən bildirildi ki, o küçədəki bəzi dayanacaqlarda olan aparatlara insanlar tərəfindən müdaxilələr edilib və yararsız hala salınıb.

Bu səbəbdən də həmin aparatlar oradan çıxarılıb. O da bildirildi ki, şirkət müdaxilə olunan dayanacaqlara növbəti dəfə aparat quraşdırmır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, qurum bu kimi problemləri kökündən həll etmək üçün ''bakıkart''lara onlayn ödəmə funksiyasının üzərində çalışır. Yaxın gələcəkdə bu funksiya işə salınacaq və sərnişinlərin bu kimi problemləri kökündən həll ediləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin